İranda türkmən şair və fəal müvəqqəti sərbəst buraxılıb. Bu barədə türkmən fəallar məlumat verib.
Günbəd-Kavus şəhərində yaşayan 22 yaşlı gənc şair Daniyal Qızılcai etiraz məzmunlu şeir yazdığına və onu yaydığına görə noyabrın 16-da təhlükəsizlik məmurları tərəfindən saxlanılmışdı.