İran məktəblərində şagirdlərin zəhərlənməsi barədə məlumat yayan jurnalist Əli Purtəbatəbayi martın 5-də saxlanılıb.
“Qum Nyus” saytının təsisçilərindən olan jurnalistin təhlükəsizlik məmurları tərəfindən həbs edilərək naməlum yerə aparıldığı bildirlir.
“Etimad” qəzetinin yazdığına görə, üç aydan çoxdur İranda şagirdlərin zəhərlənməsi ilə bağlı davamlı məlumat yayan və məsələni araşdıran jurnalistin həbsi media fəallarının etirazları ilə qarşılanıb.
Onlar ironiya ilə “zəhərlənmələrlə bağlı heç olmasa bir nəfər həbs edildi” deyə jurnalistin həbsinə etirazlarını bildirib, səbəbkarların tapılması əvəzinə məlumat yayanın saxlanılmasını tənqid ediblər.