Hökumət nümayəndələri Xoyda zəlzələdən zərər çəkənlərin fevralın 11-də “İslam İnqilabı”nın ildönümü münasibətilə keçiriləcək mərasimlərə cəlb edilməsi üçün hazırlıqlara başlayıblar.
Onların bildirdiyinə görə, hökumət əmurları ağır şərayitdə olan vətəndaşların durumundan su-istifadə edərək onların inqilaba dəstək aksiyalarına qoşulacaqları qarşılığında konteyner sığınacaqlara yerləşdiriləcəkləri barədə vədlər verirlər.
Qeyd edək ki, İranın rəsmi mediası, o cümlədən İRNA və başqa xəbər saytları da Xoy əhalisinin dəstək aksiyalarına hazırlaşdıqları barədə geniş təbliat materialları yayıblar.