İranın tikinti şirkətlərinin və inşaat işləri ilə məşğul olan iş adamlarının Türkiyə və Gürcüstana axını güclənib. Bu barədə İranın Əmlak Məsləhətçiləri Birliyinin sədr müavini Davud Beyginejad açıqlama verib.
Onun sözlərinə görə, ölkədə tikinti sahəsində əlverişli iş mühiti yoxdur və İranda mənzil bazarı durğun olduğu üçün iş adamları ölkədən çıxır.
“Biz xaricdə mülk alışı formasında sərmayənin ölkədən çıxmasını təqdir edə bilmərik. Xarici kapital axını gələcəkdə ölkə üçün təhlükəli nəticələri doğuracaq”-deyə, o, bildirib.