“Məktəblərdə zəhərlənmələr mütəşəkkil şəkildə həyata keçirilir və onun səbəbkarları daxili qüvvələrdirlər.”
Qeyd edək ki, martın 6-da İranın daha 14 şəhərinin onlarla məktəbində yüzlərlə şagird zəhərlənib.
Məsələyə münasibət bildirən İran rəhbəri Əli Xaməneyi hadisənin cinayət adlandırıb və bunun bağışlanmaz olduğunu deyib.
Qeyd edək ki, şagirdlərin zəhərlənməsi ilə bağlı deyilən fikirlərdə bunun Ili Xaməneyinin ofisi və onun yaxın ətrafının vasitəsilə həyata keçirildiyi barədə iddialar irəli sürülüb.