İranlı molla: Evdən çıxmağa qorxuruq

by Samir Asadli

Ölkədə mollalara qarşı nifrətin artmasından narahatıq.

Axar.az xəbər verir ki, bu sözləri Qum şəhərində yerləşən dini mərkəzin tanınmış müəllimlərindən olan Cavad Ələvi Brucerdi mediaya açıqlamasında deyib.

O, bir çox şəhərdə mollaların canlarının qorxusundan evdən çıxa bilmədiyini qeyd edib:

“Xalqla mollalar arasında dərin uçurum yaranıb. Artıq vəziyyət kritik həddə çatıb. Din xadimlərinin çoxunun ailəsi onlara mollalıqdan uzaqlaşmaları üçün təzyiq göstərir”.

Qeyd edək ki, xüsusilə son illər İranın müxtəlif yerlərində mollaların vətəndaşların şəxsi həyatına müdaxilələri onların döyülməsi, bir sıra hallarda öldürülmələri ilə nəticələnib.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK