Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi çərçivəsində Azərbaycan şairi, mütəfəkkir filosof Nizami Gəncəvi irsinin dünyada tədqiqi və təbliği işləri həyata keçirilir.
Bununla əlaqədar Nizami Gəncəvinin “Xəmsə”sinə aid əsərlərin orijinaldan Türk dilinə tərcüməsi layihəsinə başlanılıb və Ərzurum Atatürk Universitetinin professoru Nimet Yıldırım “İskəndərnamə” poemasını türk dilinə uyğunlaşdırıb. Əsər Ankarada “Dergah yayınları” nəşriyyatında çap edilib.
“Xəmsə”yə daxil olan digər dörd poemanın da orijinaldan Türk dilinə çevrilməsi layihəsi davam edir və bu əsərlərin tərcüməsinin 2026-cı ildə yekunlaşdırılması nəzərdə tutulub.