İsrail Aşqabadda İrana ən yaxın səfirliyini açır

by Samir Asadli

Bakıda səfərdə olan İsrailin xarici işlər naziri Eli Koen bu ölkənin Aşqabaddakı səfirliyini açmaq üçün Türkmənistana gedib.

Bu barədə İsrail mediası məlumat yayıb.

Yüksək səviyyəli İsrail rəsmisi İranın şimal-şərq sərhədindən 15 mil məsafədə yerləşən Türkmənistanın paytaxtı Aşqabadda ölkənin səfirliyinin açılışında iştirak edəcək.

Bu səfirlik İsrailin bu ölkənin məhv olmasını istəyən İrana ən yaxın yəhudi mərkəzi olacaq.

Qeyd edək ki, bir neçə həftə öncə İstrailin Türkmənistanda səfirlik açması barədə məlumatların yayılmasından sonra İran tərəfi bundan narahatlığını bildirib.

İran mediası və bəzi rəsmiləri bunu İranın mühasirəyə alınması kimi qələmə veriblər.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK