İstəməm daş yerini

by Samir Asadli

Əli Hacı Ağaevlinin qələmə aldığı yeni irfan şeirlərini təqdim edirik.

Sənə məndən başlayar,

Duaların, İlahi !

Sənəm, dünya adında-

Yuvaların,İlahi !

Demə Məçid, Kilsəyəm

Öz adıma küçəyəm !

Niyə gəlmir  ölçüyə,

suallarım İlahi ?!

Söz, olmağın adıdı,

Dilim-ağ varağındı !

Məqam-səbrin adıdı,

Səbrim, Tanrım-İlahi !

İstəməm daş yerini,

Tutmaram baş yerini !

Tükənməz mən varının

davaları,İlahi !

Sənə məndən başlayar,

Duaların,İlahi !

Dağıtdığın yerə qoy,

Yuvaları,İLAHİ !

***

Allah,necə götürüb,

götürüb olmazlığı ?!

Yar, dua et adıma,

Çoxluğa qat azlığı !

Yoxluğa qat azlıği,

Çoxalsın haqq,ədalət !

Bəlkə onda yox ola,

Bu ətalət,ətalət !

Sevgi hanı yol verəm?!

Yol verəm canım,başım !

Dünya məndən böyükmüş,

Mən, dünyanı yaşadım !

***

Yerin,göyün,əlin başqa,

Kimin versin ətək sənə ?!

Bir deyirdin,ayrı olub

yüzüm verdim pətək sənə !

Soyumazmı bu odum heç,

Soyuğam bu odumla keç !

Sağlığ deyim gəl,ona iç

Iç paltardı kötək sənə !

Allah,Allah de,hardasan?!

Bəlkə,bəlkə sağaldasan !

Qoy,desinlər sən haqlısan

Tikdim haqdan köynək sənə !

***

Adam kimi yaşamaq yox,

Çıxmaq olmur hər gün yola !

Sənə qapı açıram ki,

Sənə keçmiş unudula !

Hər yarpaqla öz işini

kök bitirir söz işini !

Ocaqdakı köz işini,

Yaradan özü qandıra  !

Bu dünyanın xoş üzünə,

Yonulmuşuq daş üzünə !

Sevgimizin  kaş üzünə,

Haqq bizi,Kərəm yandıra !

***

Qəbrimin üstünə gəlmə,

Ağlama məni  öləndə !

Gələcəyəm yanına mən,

ölmüşümü sən görəndə !

Necə sevdim ,bilinmədi

dərdimi özüm dənlədim !

Baş əyib,daşa əyildim

Dünyaya sən, güləndə !

Su vermədi,bu quyu su,

Göz yaşınla məni də yu !

Gülüm,olsun sənin toyun,

Toyu elə mən öləndə !

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK