İstanbulda Qaşqay türklərinin mədəniyyət mərkəzi fəaliyyətə başlayıb

by Samir Asadli

Türkiyənin İstanbul şəhərində İranda yaşayan Qaşqay Türklərinin Mədəniyyət və Həmrəylik Mərkəzi fəaiyyətə başlayıb.

Bu barədə mərkəzin sözçüsü İsa Doğanlı məlumat yayıb.

“Bu qurumun yaradılmasında məqsəd İran coğrafiyasında yaşayan türklərin, xüsusən qaşqayi türklərinin mədəniyyətini, dilini və dəyərlərini qorumaq və təbliğ etməkdir”,- Doğanlı bildirib.

Qeyd edək ki, İranın cənub və mərkəzi bölgələrində yaşayan Qaşqay türklərinin ortalama sayı 3 milyon nəfərddir.

İranın Kohgiluyə və Böyirəhməd, İsfahan, Fars və Buşəhr əyalətlərində yaşayan qaşqay türklərinin torpaqları “Qaşqay yurd” adı ilə tanınır.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK