İyirmi səkkiz may
İyirmi səkkiz may günü
Qovuşduq istiqlala
Üç rəngli bayrağımda
Həkk olunan hilala
Tiflis şahidlik etdi
Tarixi aya, günə
O gün bayrama döndü
O tarixdən bu günə
Vətənimin azadlıq
Günəşi doğdu o gün
Əsarətin boğazın
Millətim boğdu o gün
Rusun əsarətindən
Xilas etdi özünü
Dünyaya bəyan etdi
“Hürr dövlətik” sözünü
“Azərbaycan dövləti”
Adlandıq o gündən biz
Hürriyyətə qovuşdu
Xalqımız, millətimiz
İyunun on altısı
Köçüb Gəncəyə gəldi.
Çünki hələ Bakımız
Düşmən əlində idi
Belə çətin məqamda
Türklər gəldi köməyə
Əhdə sadiq çıxaraq
Qardaşlıq eləməyə
Qafqaz İslam Ordusu
Yaratdı Nuru Paşam
Bakını qurtarmağa
Əmr etdi Nuru Paşam
Dalğalandı göylərdə
Üç rəngli bayrağımız
İstiqlalın uğrunda
Töküldü al qanımız
Göyçayda ilk savaşda
Zəfər çaldı ordumuz
Qanımızla sulandı
Qarış-qarış yurdumuz
İstiqamət Bakıya
Dayanmadan yol aldıq
Nə gündüzlər dincəldik
Nə gecə, yuxu yatdıq
Bakı azad edildi
Şəhidlərin qanıyla
Qəhrəman oğulların
Qazilərin canıyla
Köçüb gəldi Gəncədən
Milli Hökumətimiz
Düşmənə divan tutdu
Qəhrəman millətimiz
Azad etdik hər daşı
Hər qayanı, hər dağı
Qan içində boğulan
Zəngəzur, Qarabağı
Paris konfransında
Bizi də tanıdılar
Müstəqil vətənimi
“De-fakto” tanıdılar
“De-yure” tanınmağa
Heyif zaman yetmədi
Başımızın üstündən
Qara bulud getmədi
Bolşevik kommunistlər
Hədə-qorxu gəlirdi
Nota nota dalınca
Sırayla göndərirdi
AXC hökuməti
Təhdidlərdən qorxmurdu
Rusun hər notasına
Notayla son qoyurdu
Bolşeviklər yendə
Hiyləyə əl atdılar
Axtarıb içimizdən
Satqın, xain tapdılar
Adı “kommunist” olan
Satqın şarlatanları
Qaldırdılar ayağa
Vicdanın satanları
Onların ağızıyla
Bizi təhdid etdilər
Hakimiyyəti israrla
Təhvil ver, get dedilər
Bu elə bir məqamdı
Sərhədlər boşalmışdı
Qaniçən Qızıl Ordu
Qapıda dayanmışdı
28 Apreldə
AXC hökuməti
Qırğın olmasın deyə
Üstün tutdu milləti
Son qərar açıqlandı
Parlament iclasında
Rus işğalı başladı
“Bolşevik siması”nda
23 ay yaşasada
Ömrü şərəfli oldu
Xeyli işlər görüldü
Qanunlar qəbul oldu
Dövlətin dövlət dili
Rəsmi “Türk dili” oldu
Azərbaycan torpağı
Türk yurdu, eli oldu
Yazıldı, bəstələndi
Müstəqillik himnimiz
Möhürlərə vuruldu
“Od təsvirli” gerbimiz
Yetmiş illik əsarət
Nəhayət, sona yetdi
Xalqım azadlığını
Yenidən əldə etdi
Yenə hürrəm, azadam
Öz yurdum, torpağım var
Bayraqların içində
Üç rəngli bayrağım var
Arzum budur, bayrağım
Birdə yerə enməsin
Yanar odum, ocağım
Heç bir zaman sönməsin!
Surxay Məhəmmədoğlu
20.05.2023