Kərəcdə Güney azərbaycanlı türk fəal Səyyad (Ovçu) Məhəmmədian həbs edilib

by Samir Asadli

İran İslam Respublikasının təhlükəsizlik qüvvələri azərbaycanlı türk fəal Ovçu (Səyyad) Məhəmmədianı dünən səhər saatlarında Kərəcdəki evində həbs edib.

Məlumatlı mənbələrin bildirdiyinə görə, bu həbs məhkəmə qərarı olmadan və kobud şəkildə həyata keçirilib.

Ovçu Məhəmmədian Qoşaçay (Miandoab) əsillidir və Kərəc (Yengi İmam) şəhərinin sakinidir. Bundan əvvəl o, sivil fəaliyyətinə və İranda türklərə qarşı dil və mədəni ayrı-seçkiliyə etiraz etdiyinə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən təzyiq və təhdidlərə məruz qalıb.

Bu fəal əvvəllər mayın 15-da Kəşfiyyat İdarəsinin əməkdaşları tərəfindən evində həbs edilmişdi və 30 günlük qanunsuz həbsdən sonra iyunun 26-da 700 milyon tümən girov müqabilində azadlığa buraxılmışdı.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK