Kərəc şəhərinin “Yengi imam” kəndində yaşayan milli-mədəni fəal Səyyad Məhəmmədian (Ovçu) həbs edilib.
Bu barədə onun yaxınları məlumat yayıb.
Bildirilib ki, bu gün səhər saatlarında mülki geyimli təhlükəsizlik məmurları fəalın mənzilinə hücum edrək onu özləri ilə naməlum yerə aparıblar.
Fəalın evində axtarış aparılıb, ona məxsus komputer və mobil telefon müsadirə olunub.
Qeyd edək ki, əslən Qərbi Azərbaycan əyalətinin Qoşaçay şəhərindən olan Səyyad Məhəmmədian bundan əvvəl də dinc fəaliyyətlərinə görə bir neçə dəfə saxlanılıb.
Onun həbs səbəbi və hara aparıldığı barədə məlumat verilməyib.