Kərəm Mərdanə 5 il həbs cəzasına məhkum edildi

by Samir Asadli

Tehranın Evin həbsxanasında saxlanılan milli fəal Kərəm Mərdanə 5 il müddətinə azadlqdan məhrum edilib.

Bu barədə insan haqları fəalları məlumat yayıb.

Məlumata görə, Tehranın İnqilab Məhkəməsinin 15-ci bölməsi Mərdanəni “ölkənin təhlükəsizliyini pozmaq məqsədilə toplaşma və əlbir olmaq”da günahkandırıb.

Hökmə əsasən, 5 illik həbs müddətinin 2 ili şərti olaraq dayandırıldığına görə, fəal 3 il faktiki həbs cəzasını çəkəcək.

Bununla yanaşı Kərəm Mərdanənin həbsdən buraxıldıqdan sonra  2 il müddətinə ölkədən çıxışına qadağa qoyulub və sosial hüquqlardan məhrum edilib.

Qeyd edək ki, Kərəm Mərdanə bu ilin 6 fevralında həbs edilərək Tehranın Evin həbsxanasına köçürülüb.

Onunla eyni vaxtda Murtəza Pərvin, Hüseyn Piri, Bağır Hacızadə, Səid Camalzadə, Ayaz Seyfxah, Tahir Nəqəvi və başqa fəallar fevral ayının 5, 6 və 7-də Xiyav, Ərdəbil, Rəşt, Urmu, Təbriz, Tehran, Kərəc və Astara şəhərlərində həbs ediliblər.

Onların bir çoxu barədə uzun illik həbs qərarları çıxarılıb.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK