Güney Azərbaycanın Məlikkəndi (indiki Məlikan) şəhər sakini milli aktivist Kərim Fəyyazi Ərədbil Əyaləti Heyran gədiyində qəza nəticəsində dünyasını dəyişib
Güneyin hüquqlarının bərpası uğrunda fəaliyyət göstərmiş milli aktivist Kərim Fəyyazi mədəni-siyasi fəaliyyətlərinə görə İranın təhlükəsizlik məmurları tərəfindən dəfələrlə saxlanılıb həbs olunmuşdur.
Xatırladaq ki, Güney Azərbaycanın yollarının təhlükəsizlik əmsalı aşağı olduğuna, həmçinin İran istehsalı nəqliyytat vasitələrinin beynəlxalq standartlara cavab vermədiyinə görə bölgədə yol qazalarının sayı yüksəkdir.
Ərdəbil Əyaləti yol polisi rəsmisinin bildirməsinə istinadən əyalətin şimal yollarının yaşı 50 ili ötdüyünə görə təhlükəli hesab olunur.