Kərim İsmayılzadə azadlıq yolunda şəhid olmuş Aylar Həqqinin atası ilə görüşüb

by Samir Asadli

Güney Azərbaycanın hüquqları üzrə aktivist Kərim İsmayılzadə (Kərim Bokser) 2022-ci il hərəkatında İran hakimiyyəti tərəfindən öldürülmüş Aylar Həqqinin atası ilə görüşüb.

İsmayılzadə görüşdə Ayların ölümünü anıb və atasına təskinlik verib.

“Aylar bütün azərbaycanlıların balasıdır. Onun adı hər bir azərbaycanlı üçün fəxrdir. Əgər Aylar indi sağ olsaydı həkim titulu ilə təbiblik edirdi.

Ancaq Azərbaycanın igid qızı azadlıq yolunda mübrizə və şəhid olmağı üstün tutdu.”- deyə İsmayılzadə vurğulayıb.

Həkimlik fakültəsinin tələbəsi olmuş Ayların atası isə qızının öldürülməsində məsuliyyət daşıyanların tanınıb cəzalandırılması üçün bütün müvafiq qurumlara müraciət etdiyini, ancaq şikayətinə baxılmadığını deyib.

O, həmçinin azadlıq yolunda şəhid olanların xatirəsini yad edib və bu yolda ədalət bərpa olunanadək dayanmayacağını bildirib.
AylarH.jpg

Xatırladaq ki, Məlikan (keçmiş Məlikkəndi) rayonu sakini Aylar Həqqi Məliki 2022-ci ildə başlamış “Qadın, Yaşam, Azadlıq” Hərəkatı zamanı Təbriz şəhərində aksiyalar keçirilən vaxt 2022-ci ilin noyabr ayının 16-da hakimiyyətin basqı məmurları tərəfindən birbaşa atəş açılmaqla öldürülüb.

 

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK