Kərkicahan tamamilə boşaldıldı

by Samir Asadli

Kərkicahan tamamilə boşaldılıb və hazırda Azərbaycan əsgərlərinin tam nəzarəti altındadır.

Bakupost.az xəbər verir ki, bu barədə separatçıların qondarma “dövlət naziri”nin qondarma “müşaviri” Artak Beqlaryan məlumat verib.
O bildirib ki, kəndə bitişik Xankəndi məhlələri də “təhlükəsizlik səbəbi” ilə təxliyə olunub.
Qeyd edək ki, Kərkicahan Azərbaycanın Xankəndi şəhərinin inzibati ərazi vahidində şəhər tipli qəsəbədir. 10 noyabr 2020-ci il tarixində üçtərəfli razılaşmaya əsasən Rusiya Sülhməramlı Qüvvələrinin müvəqqəti nəzarətinə keçib.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK