Latviya 9 May tədbirlərini qadağan etdi

by Samir Asadli

Latviya parlamenti mayın 9-da ictimai yerlərdə kütləvi şənliklərin, mitinqlərin, yürüşlərin və piketlərin keçirilməsini qadağan edən qanun qəbul edib.

Bu barədə parlamentin saytında məlumat yayılıb.

Qanun, həmçinin 9 may günü hər hansı pirotexniki vasitələrdən istifadənin qadağan olunmasını nəzərdə tutur.

Seymin insan hüquqları və ictimaiyyətlə əlaqələr komissiyasının sədri İeva Brante qanunu şərh edərkən deyib: “Dəyərlərimizi sarsıdan, cəmiyyəti parçalayan, hərbi təcavüzü tərənnüm edən və tarixi hadisələrin yanlış işıqlandırılmasına töhfə verən hadisələrin qarşısını almaq bizim maraqlarımızdadır”.

Seymin mətbuat xidməti qeyd edib ki, mayın 9-da Ukrayna xalqı ilə həmrəyliyi ifadə etmək və Ukraynada əziyyət çəkən və həlak olanların xatirəsini ehtiramla yad etmək üçün tədbirlər keçirilə bilər. (modern)

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK