Mədəni aktivist Vədud Əsədi saxlanılıb

by Samir Asadli

Təhlükəsizlik məmurları Rəşt şəhəri sakini, Güney azərbaycanlı Vədud Əsədini bu gün fevralın 6-ı şəxsi evindən götürməklə idarəyə aparıblar.

Güney Azərbaycan üzrə fəaliyyət göstərən mediaların məlumatlarına istinadən Əsədinin saxlanılması məhkəmə hökmü olmadan edilib.

Həmçinin məmurlar tərəfindən onun kompüteri və mobil telefonu götürülüb.

Aktivistin hansı ittihamla saxlanılması barədə hələ ki, məlumat yoxdur. Həmçinin qeyd olunub ki, Rəşt şəhərində bu gün digər 4 aktivist də həbs olunub.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK