Şərqi Azərbaycan əyalətinin Sofyan şəhərindən olan mədəni fəal Mürtəza Nurməhəmmədi Nadarlı sentyabrın 8-də Təbriz həbsxanasına köçürülüb.
Mədəni fəal sentyabrın 9-u səhər saatlarında Sofyan şəhərində təhlükəsizlik məmurları tərəfindən saxlanılaraq, Təbrizin təhlükəsizlik təcridxanasına köçürülüb.
Qeyd edək ki, Nurməhəmmədi bir müddət əvvəl qızına türkcə “Hunay” adı seçdiyi üçün sənəd verilmədiyi barədə sosial mediada paylaşımlar edib.
O, paylaşımında bildirmişdi ki, Sofyan şəhərinin Qeydiyyat İdarəsi Hunay adının İran adları siyahısında olmadığı üçün yabancı ad hesab edildiyini və bu adla sənəd tərtib etməyin mümkün olmadığını deyib.
Mürtəza Nurməhəmmədinin saxlanılma səbəbinin bu paylaşım ilə bağlı olduğu ehtimal edilir.