Qərbi Azərbaycanın mərkəzi Urmu şəhərindən olan mədəni fəal Əşkan Səadətmehr həbsxanada qeyri-müəyyən vəziyyətdə saxlanılır.
Bildirilib i, işin müstəntiqi qanunsuz olaraq fəalın girov qarşılığında məhkəməyə qədər sərbəst buraxılmasına icazə verməyib.
Qeyd edək ki, Ə.Səadətmehr sentyabrın 20-də saxlanılıb, təhlükəsizlik təcridxanasında dindirildikdən sonra sentyabrın 26 Urmu həbsxanasına köçürülüb.
O, bundan əvvəl dinc mədəni fəaliyyətlərinə görə bir neçə dəfə həbs edilib və məhkumluq dövrü yaşayıb.