Mayın 15-də təhlükəsizlik məmurlarının Kərəc şəhərində həbs etdiyi Səyyad Məhəmmədianın (Ovçu) həyat yoldaşı Rubabə Quluzadə təhlükəsizlik idarəsinə çağırılıb.
Bu barədə onun yaxınları məlumat yayıb.
Bu gün səhər saatlarında telefon vasitəsilə çağırılan xanım idarəyə getməyəcəyi təqdirdə həbs ediləcəyi ilə hədələnib.
Qeyd edək ki, təhlükəsizlik məmurları mayın 15-i səhər saatlarında Səyyaf Məhəmmədianın (Ovçu) mənzilinə hücum edərək onu həbs ediblər.
Məhkəmə qərarı olmadan evdə axtarış aparılıb və fəala aid komputer, mobil telefon və başqa əşyalar müsadirə olunub.
İstintaq idarəsindən Ovçunun ailəsinə onun harada saxlanıldığı barədə məlumat verilməyib və 20 gün müddətinə onunla görüşə icazə verilməyəcəyi bildirilib.
Ədliyyə orqanları Səyyad Məhəmmədianın Qızılhısar cəzaçəkmə müəssisəsinə köçürüldüyünü iddia etsələr də, həbsxana məsulları bunu təkzi ediblər.
Fəalın təhlükəsizlik təcridxanasında saxlanıldığı ehtimal olunur.