Tehranın Evin həbsxanasında saxlanılan güney azərbaycanlı müəllim və ictimai fəal Cəfər İbrahiminin səhhəti ağırlaşıb.
O, sentyabrın 3-də Cəfər İbrahiminin xəstəxana adı ilə Evin həbsxanasından çıxarılıb Qızılhisar həbsxanasına köçürüldüyünü deyib.
“Bir neçə xəstəlikdən əziyyət çəkən Cəfər İbrahiminin səhhətinin ağır olmasına baxmayaraq, müalicəsinə imkan verilmir. Köçürülmə zamanı ona lazım olan vacib dərmanlarını və şəxsi əşyalarını götürməyə imkan verilməyib” ,- vəkil bildirib.
Qeyd edək ki, Həmədan şəhərindən olan Cəfər İbrahimi İran Müəllimlər Birliyinin 2022-ci il mayın 1-nə təyin etdiyi kütləvi etiraz aksiyalarından bir gün öncə – aprelin 30-da təhlükəsizlik məmurları tərəfindən saxlanılıb.
O, “əlbir olmaq və toplaşmaq” habelə “hökumət əleyhinə təbliğat” ittihamlarına görə 5 il azadlıqdan məhrum edilib.