Məhbus həyatını yaşayan, güneyli hüquq müdafiəçisinin kitabı çap edilib

by Samir Asadli

İranda həbsdə olan azərbaycanlı siyasi fəal və qadın hüquqları müdafiəçisi Nərgiz Məhəmmədinin yazdığı “Ağ işgəncə” kitabının birinci cildinin alman dilinə tərcüməsi dərc edilib.

Kitab   “Qadın, Həyat, Azadlıq”, “Səsimizi necə ucaldaq?” başlığı altında dərc edilib.

“Ağ işgəncə” kitabında siyasi fəal həbsdə olarkən bir sıra qadın siyasi məhbuslarla apardığı gizli söhbətləri toplayıb.

Xatırladaq ki, xanım Məhəmmədi son illərdə İran rejimi tərəfindən xalq etirazlarının zorakılıqla yatırılmasını tənqid etdiyinə, siyasi məhbusları dəstəklədiyinə, İran həbsxanalarında məhbuslara verilən işgəncləri və psixoloji təzyiqləri ifşa etdiyinə görə dəfələrlə həbsə atılıb.

Əslən Güney Azərbaycanın Zəncan şəhərindən olan Nərgiz Məhəmmədi hazırda Tehranın Evin zindanında saxlanılır.

O, 10 il 8 ay həbs, 154 şallaq cəzasına məhkum edilib.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK