Məhbus milli fəalın müalicəsinə icazə verilmir

by Samir Asadli

Şərqi Azərbaycan əyalətinin Marağa şəhərinin həbsxanasında saxlanılan milli fəal Muxtar İbrahiminin müalicəsinə icazə verilmir.

Bildirilib ki, fəalböyrək xəstəliyindən əziyyət çəkir  və həkimlər onun əməliyyat olunması barədə arayış verib.

Buna baxmayaraq, həbsxana rəhbərliyi Muxtar İbrahiminin xəstəxanaya köçürülməsinə icazə vermir, onun ağrı kəsici dərmanlarla kifayətlənməli olduğunu bildirir.

Bununla yanaşı, M.İbrahiminin ailəsinin ona göndərdiyi dərmanların çatdırılmadığı səbəbindən fəalın vəziyyətinin ağırlaşdığı qeyd edilib.

Muxtar İbrahimi “hökumətə qarşı təbliğat”da günahlandırıldığı üçün məhkum edildiyi 1 illik həbs cəzasını çəkmək üçün yanvarın 22-də həbsxanaya salınıb.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK