Təbriz həbsxanasında saxlanılan Universtetin molekulyar hüceyrə biologiyası fakültəsinin tələbəsi və tələbə hərəkatı fəal Armita Pavir aclıq aksiyasına başlayıb.
O, barəsində əsassız ittihamlar irəli sürüldüyünə və saxta etiraf verməyə məcbur edildiyinə etiraz olaraq aclıq aksiyası keçirdiyi bildirilib.
Bundan əvvəl etiraz aksiyalarına qoşulduğu üçün 31 oktyabr 2022-ci ildə həbs edilən tələbə hərəkatı fəalı 8 dekabrda girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılmışdı.
Qeyd edək ki, 2020-ci il yanvarın 8-də 176 nəfərin ölümü ilə nəticələnən SEPAH-ın Ukrayna təyyarısini vurmasına etiraz etdiyi üçün 1 il müddətinə Armita Pavirin təhsilinə qadağa qoyulmuşdur.