Şərqi Azərbaycan əyalətinin Mərənd bölgəsində yerləşən tarixi Yaldur qalası baxımsız qaldığı və bərpa edilmədiyi üçün tamamilə məhv olmaq üzrədir.
İranın Mədəni irs, turizm və əl işləri naziri İzzətullah Zərğami dekabrın 4-də Şərqi Azərbaycana səfəri çərçivəsində Yaldur qalasında da olub.
Nazir tarixi abidənin acınacaqlı durumda olduğunu desə də, başçılıq etdiyi qurumun abidəni bərpa etmək üçün vəsaitinin olmadığını söyləyib.
Bu, azərbaycanlı mədəniyyət xadimləri və sosial media istifadəçilərinin etirazlarına səbəb olub.
Onlar naziri məsuliyyətini yerinə yetirməməkdə və Azərbaycanın tarixi əsərlərinə qarşı laqeydlikdə günahlandırıblar.