Mərəndli idmançı Ginnesin rekordlar kitabına düşdü

by Samir Asadli

Şərqi Azərbaycan əyalətinin Mərənd şəhərindən olan idmançı və Kunq-fu ustası Əqil Qardaşzadə, Ginnesin beynəlxalq jurnalı və nəşri tərəfindən 2023-cü ildə İranın dünyada ən yaxşı idmançısı seçilib.

5-ci Dan qara kəmər sahibi olan Qardaşzadə Kun-fu döyüş sənətində “Tua” üslubunun ustası, beynəlxalq məşqçi, hakim və Mərənd Kunq-fu federasiyasının rəhbəridir.

Bununla yanaşı “Traktor” İdman Klubunun üzvü olan mərəndli idmançı bundan əvvəl 90 dərəcə bucaq altında, bir əli və bir ayağının üzərinə 40 pund ağırlığında idman daşı qoyaraq jim edib.

Qeyd edək ki, Qardaşzadə eyni idman növündə 49 hərəkətlə 2017-ci ildə “Ginnesin rekordlar kitabı”na düşən iranlı idmançını 55 hərəkət edərək üstələyib.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK