
gəməmişdi. Müasir ədəbi proseslərin problem və axtarışları, yaradıcılıq metodları və ədəbi məktəbləri, milli estetik fikir tariximiz və ana dilimizin keçmişi və bu günü haqqında ibrətamiz məzmunlu və yığcam bədii əsərlər müəllifi olan akademik Məmməd Cəfər Cəfərov otuza yaxın kitabın ərsəyə gəlməsində böyük zəhməti olmuşdur. Bu əsərlərlə tanış olmaq imkanı əldə etdikdə görkəmli alimin ziyadəsi ilə həm güclü rusşünaslığına, həm güclü avropaşünaslığına və ən əsası mükəmməl klassik azərbaycanşünaslığına bir daha şahid oluruq. Onun bir çox tanınmış Azərbaycan və dünya o cümlədən, rus ədiblərinə həsr olunmuş bioqrafik elmi məqalələri və əsərləri bu gündə ədəbiyyat tarixinin öyrənilməsində mühüm mənbələrdən biri hesab etmək olar. Unutmamalıyıq ki, Məmməd Cəfər Cəfərov özünəməxsus ədəbi tədqiq və tənqid nəzəriyyəsinə sahib nadir ədəbiyyatşünas alimlərindəndir və Azərbaycan ədəbiyyatşünaslığının araşdırılmasında bu nəzəriyyənin əsaslarını bilmək hər zaman vacib olacaqdır…
Ramin Cəfərli
ADPU-nun tələbəsi