Məşhur aktivist şantaj edilmələr barədə müraciət edib

by Samir Asadli

Azərbaycan xalqının hüquqlarının müdafiəsi və bərpası yolunda onillərlə mübarizə stajına malik tanınmış güneyli aktivist Abbas Lisani hərəkatda bir sıra şantajlar olunması barədə digər aktivistlərə müraciət edib.

“Azərbaycanın böyük türk milləti və dəyərli milli aktivistlər! Bildiyiniz ki, Güney Azərbaycan milli hərəkatının xeyli illərdən bəri gedişində hakimiyyət tərəfindən hərəkatın əleyhinə hələ də davam edən çoxlu problemlər törədilib və yolumuza daş atmalar olub.

O cümlədən, hakimiyyət milli hərəkatımızı qarma-qarşıq, qeyri müəyyən və parçalanmış şəkildə göstəməyə cəhd edir. Məqsəd isə xalqı, xüsusilə də gənc nəsli hərəkatdan sarsıltmaq və xalqımızı özgürlüyə aparan yolunu uğursuzluğa yönəltməkdir”. Lisani müraciətində deyib.

Aktivist mübarizə edən güneyliləri hakimiyyətin şantajları və duzağına düşməməyə çağırıb.

“Bir sıra dəyərli dostlarımız, bilmədən bu duzağa düşürlər. Lakin müəyyən məsələlər və milli mövzularda işbirliyi edib birgə hərəkət edən bəzi dəyərli və sayğılı dostlarımız, dəfələrlə tənqid etməyimizə rəğmən, normal olaraq bir çox məsələlər üzrə müstəqil davranır, öz səliqələri və mövqeləri ilə davam edirlər”.

Abbas Lisani müraciətinin davamında açıqlama verib: “lakin bildirməliyəm ki, milli məsəldə hətta öncüllərimizin əleyhinə görünən şəxs və qurumların şəxsi həyatları, şəxsi abırları bizim üçün daima qırmızı xətt olub və olacaqdır.

Bu istiqamətdə bilərək və yaxud bilməyrək insanların şəxsiyyətinə toxunan hər hansı bir hərəkəti qınamışam və qınayıram”.

Cənab Lisani müraciətinin sonunda vurğulayıb: “ümumiyyətlə milli hərəkatımızda insanların şəxsi həyatını hər hansı məqsdlə olur olsun hallandırıb və müzakirə mövzusuna çevirməyə cəhd etməyi qınayıram.

Açıq deyim: hərəkatımızı qeyri müəyyənliyə və anaxiyaya aparancaq hər hansı hərəkətdən çəkinmək hər bir düzgün millətiçinin milli vəzifəsidir” .

Məşhur aktivist Abbas Lisani müraciətində yekun olara bildirib:

“bütün dostlardan gözləntim budur ki, barəmdə başqalarından yox mənim öz yazılarımdan və çıxışlarımdan öyrənib fikir bildirsinlər”.

Abbas Lisani

Əski əlifbadan latinə çevirdi: Taymaz

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK