Məşhur türkmən fəal Tahir Sarlı saxlanılıb

by Samir Asadli

Sarlı Gülüstan Əyalətinin (əvvəlki adı Türkmən Səhra) Günbəd Kavus şəhəri Ümumi Prokurorluğuna çağırılıb və saxlanılıb.

Türkmən siyasi aktivist şəhərin Mərkəzi Həbsxanasına aparılıb.

Aktivistə “ictimaiyyət düşüncəsini çaşdırmaq” yolu ilə “Respublikanın təhlükəsizliyinə qarşı hərəkət” itihamı elan olunub.

48 yaşlı Tahir Sarlı Günbəd Kavus rayonu Sarlı kəndinin sakinidir. O, Şahrud şəhəri Azad İslam Universitetinin bakalavr pilləsinin tələbəsi olub.

Həmçinin Güney Azərbaycanın Zəngan Əyaləti Əbhər şəhərində həmin universitetin digər filialında tarix ixtisası üzrə magister pilləsini bitirib.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK