Qərbi Azərbaycan əyalətinin Makı şəhərində bir çox qədim yer və küçə adları dəyişdirilib, küçələrə farsca adlar verilib.
Onların sözlərinə görə, türkcə “Beş göz”, “Burc”, “Qəzbəli”, “Xəncərxan”, “Qarahızlı”, “Şam”, “Şirbaşı”, “Qara körpü” və başqa qədim adlar dəyişdirilib.
Onların yerinə, farsca “Setayeş”, “Qolestan”, “Ostadan”, “Qolha”, “Qolgəşt”, “Bəharan”, “Qolçin”, “Qolbad” və başqa yeni adlar qoyulub.
Küçə adlarının Qərbi Azərbaycan əyalətinin Küçə və İctimai Yerlərin Adlandırılması İdarəsi tərəfindən dəyişdirildiyi bildirilib.