Marağada tarixi abidələr dağılır

by Samir Asadli

Şərqi Azərbaycan əyalətinin Marağa şəhərində yerləşən 10 tarixi abidə acınacaqlı durumdadır və baxımsızlıq ucbatından dağılmaq təhlükəsi ilə üzləşib.

Bu barədə yerli mədəni fəallar məluamt yayıb.

Fəalların dediyinə görə, Qacarlar dövrün aidələrdən fərdi iş yerləri kimi istifadə edilməsi, bərpasına diqqət yetirilməməsi onların aşınma prosesini sürətləndirib.

Marağa şəhərinin Mədəni İrs Təşkilatı məsələ ilə bağlı verdiyi açıqlamada faktı təsdiqləyib və abidələrin bərpası və qorunması üçün iş adamları və bələdiyyənin dəstəyinə ehtiyac olduğunu deyib.

Marağa bələdiyyəsi isə abidələrdən ticarət mərkəzləri kimi istifadə edildiyini, onların bağlanacağı təqdirdə şəhərin iqtisadiyyatına ziyan dəyəcəyini bildirilib.

Qeyd edək ki, 10 karvansarayın ikisi İran Milli əsərləri siyahısında qeydiyyata alınmasına baxmayaraq, onların bərpası üçün vəsait ayrılmır.

Mədəni İrs, Turizm və Əl İşləri Nazirliyinin yerli bölmələri tarixi abidələrin bərpası və qorunması üçün mərkəzdən yetərli büdcə ayrılmadığını deyir, problemin həlli üçün abidələrin özəl sektora verilməsini təklif edirlər.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK