Millət vəkili: “Urmu gölünün rəsmilər üçün əhəmiyyəti yoxdur”

by Samir Asadli

Təbriz şəhərinin İran parlamentindəki nümayndəsi Əhməd Əlirza Beyqi Urmu gölünün bərpa layihəsinin icra ediməməsi barədə danışıb.

O, “Urmu gölünün Bərpası Qərargahı”nın ekoloji fəlakətin qarşısının alınması üçün artıq elə bir ciddi əhəmiyyət daşımadığını deyib.

Millət vəkili bildirib ki, gölün bərpası işlərinin Qərbi Azərbaycan valiliyinə tapşırılması hakimiyyətin bərpa işlərinə əhəmiyyət vermədiyinə bir nümunədir.

Əlirza Beygi ekoloji faciənin qarşısının alınması ilə bağl Qərbi Azərbaycan valisinin məsuliyyətsiz fəaliyyətinə işarə edib.

“Urmu gölünün durumunun təhlükəli olduğunu ilə bağlı müşavirə keçirmək üçün Qərbi Azərbaycan əyalətinin valisini izahat vermək üçün dəvət etdik, ancaq təəssüf ki, o, bizim dəvətimizə məhəl qoymadı”,- Beygi qeyd edib.

O, Urmu gölün bərpasının artıq hakimiyyət üçün prioritet olmadığını deyib.

“Gölün vəziyyəti yalnız ekoloji problem kimi qeyd olunur. Təəssüf ki, hökumət davam edən fəlakətin aradan qaldırılması üçün lazımi səy göstərmir və sözügedən qərargahın rəhbəri ona həvalə edilmiş vəzifələrə görə cavabdehlik daşımır”,- təbrizli millət vəkili bildirib.

Qeyd edək ki, son məlumata görə, Urmu gölünün 96%-i quruyub və hazırda gölün yalnız 4%-də su mövcuddur.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK