Martın 3-də bir qrup güneyli milli-mədəni fəal keçmiş siyasi məhbus Əkbər Əbülzadə ilə görüşüb.
Fevralın 8-də sərbəst buraxılan Əkbər Əbülzadə 2022-ci il iyunun 7-də Şərqi Azərbaycan əyalətinin Əhər şəhərində həbs edilib və iyulun 20-də Təbriz zindanına köçürülmüşdü.
Əkbər Əbilzadə Əhərdə anadan olub və inşaat mühəndisliyi fakültəsini bitirib. O, 12 noyabr 2015-ci ildə dinc etiraz aksiyalarına qoşulduğu üçün saxlanılıb.
Milli fəal 1 sentyabr 2018-ci ildə Bəhlül Əlizadənin başçılıq etdiyi Şərqi Azərbaycan Apellyasiya Məhkəməsinin son qərarı ilə 10 ay müddətinə azadlıqdan məhrum edilmişdi.