Milli fəal Əkbər Nəimi sərbəst buraxılıb

by Samir Asadli

Ana dili hərəkatı fəalı Əkbr Nəimi fevralın 12-də Tehranın Evin həbsxanasından sərbəst buraxılıb.

O, saxta ittihamlarla həbs edilərək 19 ay təcridxana və həbsxanada saxlanılıb.

2021-ci il iyunun 19-da Təbrizdə həbs edilən Əkbər Nəimi “qanunsuz qrupa üzv olmaq”, “milli təhlükəsizliyə qarşı toplaşmaq və əlbir olmaq” və “rejimin müxalif qruplarının xeyrinə təbliğat aparmaq”da ittiham olunub.

Nəimi, “Evrin” və “Yarpaq” kimi ekologiya və mədəniyyət sahələrində fəaliyyət göstərən qurumların təsisçilərindən və hakimiyyət tərəfindən fəaliyyəti dayandırılan “Günəbaxan” dərnəyinin qurucularından biri olub.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK