Yanvarın 1-də milli fəal Cavad Əhmədi Yekanlının ona qarşı çıxarılan hökmü tələb etməsindən sonra barəsində irəli sürülən ittihamları üzrə İnqilab Məhkəməsinin 1-ci bölməsində yenidən məhkəmə iclası keçirilib.
Bir neçə gün bundan öncə Qərbi Azərbaycan əyalətinin Xoy şəhərinin İnqilab Məhkəməsinin 1-ci bölməsi milli fəala “hökumətə qarşı təbliğat” ittihamına görə 8 ay, “İran rəhbərini təhqir etmək” ittihamına görə isə 16 ay həbs cəzası verib.
Qərbi Azərbaycan əyalətinin Xoy şəhərindən olan və oktyabrın 18-də təhlükəszilik məmurları tərəfindən həbs edilən milli fəal Cavad Əhmədi Yekanlı dekabrın 2-də 500 milyon tümən girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılmışdı.