Urmu şəhərinin İnqilab Məhkəməsi milli fəal Davud Kabalını 5 il 6 ay həbs cəzası, 30 şallaq və 9 milyon tümən cərimə və 250 saat məcburi ictimai təmizlik işinə məhkum edib.
Qeyd edək ki, Davud Kabalı oktyabrın 26-da Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmu şəhərində həbs edilib və oktyabrın 31-də təcridxanadan zindana köçürülüb.