Milli fəal Fərhad Pakruh cərimə edilib

by Samir Asadli

Milli fəal Fərhad Pakruh Şərqi Azərbaycan Appelyasiya Məhkəməsinin 2-ci bölməsi tərəfindən 10 milyon tümən cərimə edilib.

Bundan öncə ilkin məhkəmə Fərhad Pakruhu 4 ay həbs cəzasına məhkum edib və həbsdən sonra 2 il müddətinə ölkədən çıxışına qadağa qoymuşdu.

O, “kiber məkanda video və foto yaymaqla hökumət əleyhinə təbliğat”da ittiham olunub.

Pakruh bundan öncə Azərbaycan Milli Hərəkatının tanınmış simalarından olan mühəndis Qulamrza Əmaninin ildönümü mərasiminə qatıldığı üçün saxlanılmışdı.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK