Zəncan şəhərindən olan milli fəal Məhəmməd Məliki həbs cəzasını çəkmək üçün çağırılıb.
Çağırış məktubunda Məhəmməd Məlikidən yanvarın 6-da barəsində çıxarılan həbs cəzasını çəkməsi üçün qeyd olunan idarəyə getməsi istənilib.
Zəncanlı fəal “hökumətə qarşı təbliat”, “milli təhlükəsizliyə zərbə vurmaq üçün əlbir olmaq və toplaşmaq” və “daxili təhlükəsizliyi pozmaq niyyəti ilə Zəncan məhəllələrinin gənclər kanalını yaratmaq və idarə etmək”də günahlandırılaraq 10 il 3 ay həbs cəzasına məhkum edilib.
Qərara əsasən o, nəzərdə tutulan cəzanın 5 il 3 ayını çəkəcək və qalan 5 il həbs cəzası ilə təxirə salınacaq.
Məhəmməd Məlikini sentyabrın 18-də təhlükəsizlik məmurları saxlayaraq təcridxanaya köçürüb və 18 oktyabrda 600 milyon tümən girov qarşılığında müvəqqəti olaraq sərbəst buraxılıb.