Milli fəal İbrahim Əvəzzadə həbs edildi

by Samir Asadli

Təbrizli milli-mədəni fəal İbrahim Əvəzzadə oktyabrın 1-i Tehran şəhərində həbs edilib.

Axar.az xəbər verir ki, bu barədə onun bacısı məlumat yayıb.

“Səhər saat 7-də 8 mülki geyimli təhlükəsizlik məmuru heç bir arayış göstərmədən zorla evə daxil olub və İbrahimi həbs etdilər”,- fəalın bacısının yaydığı məlumatda qeyd edilib.

O, ictimai fəallara müraciət edərək qardaşının taleyi və harada saxlanılması barədə məlumat əldə etmək üçün məsələnin ictimailəşdirilməsini istəyib.

İbrahim Əvəzzadənin həbs səbəbləri barədə məlumat verilməyib.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK