Milli fəal İsmayıl Əhmədi Bekrabada Məhkəmənin Elektron Sistemi ilə bildiriş göndərilərək Vərziqan rayonu Cinayət Məhkəməsinə çağırılıb.
Milli fəala vurulmuş ittihamlar- “İslam müqəddəslərini təhqir”, “əhalini ölkədaxili və xarici təhlükəsizliyə qarşı cinayət törətməyə həvəsləndirmə”, “hakimiyyətə qarşı şəbəkələrlə əlaqədə olmaq” və “İslam Respublikası sisteminin əleyhinə təbliğat” olduğu bildirilib.
Əhmədi bundan əvvəl Süngün Mis Yatağı Zavodu işçilərinin acınacaqlı vəziyyətinə etiraz etdiyi səbəbindən sentyabrın 30-da saxlanılmış və ittihamlarına baxılanadək 400 milyon tümən dəyərinə zəmanət qarşılığında Əhərin Mərkəzi Həbsxanasından buraxılmışdır.