Gilan əyalətinin Rəşt şəhərində yaşayan azərbaycanlı milli-mədəni fəal Məhəmməd Eyninin məhkumluq dövrü başa çatdığı üçün onun elektron qandalı açılaraq sərbəst buraxılıb.
Yanvarın 23-də Rəşt şəhərinin təhlükəsizlik idarəsinə çağrılan fəal saxlanılıb və uzun müddət ETTELAAT təcridxanasında dindirildikdən sonra mart ayının əvvəllərində Rəşt şəhərinin mərkəzi zindanına köçürülüb.
Bundan öncə 2020-ci ilin oktyabr ayında Məhəmməd Eyni İbrahim Gənci və Vədud Əsədi ilə birgə Azərbaycan Ordusunun Qarabağın azadlığı uğrunda apardığı əməliyyatlara dəstək verdiklərinə görə saxlanılmışdı.
Onlar “ölkənin milli təhlükəsizliyinə qarşı fəaliyyət” və “sistemə qarşı təbliğat” ittihamı ilə mühakimə olunmuşdu.
Cavidan