Milli fəal Mahmud Ocaqlının 11 il həbs cəzası təsdiqləndi

by Samir Asadli

Tehranın Apelyyasiya Məhkəməsinin 26-cı bölməsi Evin həbsxanasında saxlanılan Güney azərbaycanlı milli-mədəni fəal Mahmud Ocaqlı barədə 11 il həbs və əlavə cəzalar qərarını təsdiq edib.

Bu barədə insan haqları fəalları məlumat yayıblar.

 O, “hökumətə qarşı təbliat” və “cinayət törətmək məqsədilə toplaşmaq və əlbir olmaq” və “ölkənin təhlükəsizliyinə xələl gətirmək üçün vətəndaşları qarşıdurma və qırğın törətməyə sövq etmək”də ittiham olunub.

Bununla yanaşı mədəni fəalın həbs müddəti başa çatdıqdan sonra onun iki il müddətinə ölkəni tərk etməsi, siyasi və ictimai qruplara üzv olması, sosial mediada fəaliyyət göstərməsi qadağan edilib.

Mahmud Ocaqlu 11 dekabr 2022-ci ildə Tehran şəhərindəki iş yerində təhlükəsizlik məmurları tərəfindən saxlanılıb.

Mahmud Ocaqlu ana dili hərəkatının fəallarındandır və 2014-cü ildə də ana dili ilə bağlı mədəni fəaliyyətinə görə həbs edilib.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK