Milli fəal Mahmud Ocaqlu Evin həbsxanasına köçürülüb

by Samir Asadli

Tehranda yaşayan milli fəal Mahmud Ocaqlu təhlükəsizlik təcridxanasında uzun müddətli istintaqdan sonra Evin həbsxanasının təhlükəsizlik bölməsi olan 209-cu palatasına köçürülüb.

Bu günə kimi fəalın həbs səbəbləri və ona qarşı irəli sürülən ittihamlar barədə hər hansı açıqlama verilməyib.

Mahmud Ocaqlu 11 dekabr 2022-ci ildə Tehran şəhərindəki iş yerində təhlükəsizlik məmurları tərəfindən saxlanılıb.

Qeyd edək ki, Mahmud Ovaqlu ana dili hərəkatı fəallarındandır və 2014-cü ildə ana dili ilə bağlı mədəni fəaliyyətinə görə həbs edilib.

 

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK