Tehranda yaşayan güneyli milli fəal Mahmud Ocaqlu ailəsi ilə qısa telefon danışığı zamanı Evin həbsxanasının dördüncü bölməsinə köçürüldüyünü deyib.
Mahmud Ocaqlu 11 dekabr 2022-ci ildə Tehran şəhərindəki iş yerində təhlükəsizlik məmurları tərəfindən saxlanılıb.
Ona qarşı “hökumətə qarşı təbliat” və “ölkənin təhlükəsizliyinə xələl gətirmək məqsədilə toplaşmaq və əlbir olmaq” ittihamları irəli sürülüb.
Qeyd edək ki, Mahmud Ocaqlu ana dili hərəkatının fəallarındandır və 2014-cü ildə də ana dili ilə bağlı mədəni fəaliyyətinə görə həbs edilib.