Milli fəal müvəqqəti azadlığa buraxılıb

by Samir Asadli

Gilan əyalətinin Rəşt şəhərində yaşayan milli-mədəni fəal Vədud Əsədi müvəqqəti sərbəst buraxılıb.

Yerli hüquq müdafiəçilərinin verdiyi məlumata görə, o, 800 milyon tümən girov qarşılığında məhkəməyə qədər Tehranın Evin həbsxanasından azad edilib.

Qeyd edək ki, təhlükəsizlik məmurları Əsədini 6 fevralda Rəştdəki şəxsi mənzilində döyərək həbs edib.

Onun şəxsi əşyaları, o cümlədən komputer və telefonu müsadirə edilib.

Fəalın həbs səbəbi və ittihamı barədə açıqlama verilməyib.

Vədud Əsədi bundan əvvəl dinc mədəni fəaliyyətlərinə görə məhkumluq dövrü yaşayıb.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK