Milli fəal müvəqqəti sərbəst buraxıldı

by Samir Asadli

illi-f-al-m-v-qq-ti-s-rb-st-burax-ld-0-1673581221Qərbi Azərbaycan əyalətinin Xoy şəhərindən olan milli fəal Ehsan Nəsrullahi girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər azadlığa buraxılıb.

Milli fəal dekabrın 31-də təhlükəsizlik məmurları tərəfindən saxlanılaraq Xoy həbsxanasına köçürülsə də, onun həbs xəbəri gec ictimailəşdirilib.

Ehsan Nəsrulahı bundan öncə 7 oktyabrda “etiraz aksiyalarına çağırış” ittihamına görə həbs edilmiş və iki gün sonra 100 milyon tümən girov qarşılığında sərbəst buraxılmışdır.

Bir müddət sonra 17 noyabrda yenidən saxlanılan milli fəal bu dəfə 500 milyon tümən girov qarşılığında 30 noyabra azad edilmişdir.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK