Milli fəal Pərisa Ciddi bəraət aldı

by Samir Asadli

Ərdəbil əyalətinin Germi şəhərindən olan qadın hüquqları müdafiəçisi və ictimai fəal Pərisa Ciddi bəraət qazanıb.

Ərdəbil əyalətinin Apellyasiya Məhkəməsi bundan öncə Germi şəhərinin Dövlət Məhkəməsinin 1-ci bölməsinin Pərisa Ciddi barəsində “hökumətə qarşı təbliğat” ittihamına görə çıxardığı 3 ay həbs cəzasını ləğv edib.

Qeyd edək ki, oktyabrın 19-da telefon vasitəsilə Pərisa Ciddi ilə əlaqə saxlanılıb və ondan bir sıra məsələlərlə bağlı izahat verməsi üçün İran Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin yerli bölməsinə getməsi istənilmişdi.

hüquq müdafiəçisi bunun qanunsuz olduğu və məhkəmə arayışı təqdim edilmədiyi üçün bölməyə getməkdən imtina etmişdi.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK