Təbrizdə yaşayan milli fəal Fərhad Pakruhun atası Cəbrayıl Pakruh Təbrizin Ümumi və İnqilab Prokurorluğuna çağırılıb.
Bildirilib ki, ona elektron məktub göndərilərək 5 gün ərzində qeyd olunan məhkəmənin 1-ci bölməsinə getməsi, əks təqdirdə həbs ediləcəyi barədə xəbərdarlıq edilib.
Məktubda onun “yalan məlumat yaymaq” ittihamına görə çağırıldığı bildirilib.
Bundan əvvəl may ayının 14-də təhlükəsizlik məmurları tərəfindən həbs edilən Fərhad Pakruh, bir gün sonra 100 milyon tümənlik girov qarşılığında müvəqqəti sərbəst buraxılıb.
Qeyd edək kİ, bundan əvvəl təhlükəsizlik məmurları Cəbrayıl Pakruhu, qardaşı Əsəd Pakruhu və oğlu Fərhad Pakruhu döyüb, həbs ediblər.
Bir gün sonra sərbət buraxılan C.Pakruh aldığı kəllə-beyin travması səbəbindənTəbrizin “Razi” xəstəxanasına köçürülüb.
Cəbrayıl Pakruh oğlunun həbsi və ona qarşı təzyiqlərlə bağlı verdiyi açıqlamalara görə incidilir.